Fələstinli məhbuslar azad edildi - FOTO

İsrail bir neçə fələstinli məhbusu azad edib. Məhbusları ailələri və Ramallah şəhərində fələstinlilər qarşılayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Ofer Hərbi Həbsxanasından azad edilən fələstinli məhbusları daşıyan avtobus Beynəlxalq Qırmızı Xaç qruplarının müşayiəti ilə Ramallahdakı Mədəniyyət Sarayına gəlib.
Məhkumları daşıyan avtobus onların ailələri və burada onları gözləyən izdiham tərəfindən coşqu ilə qarşılanıb. Taqətsiz görünən məhbuslardan bəziləri xəstəxanaya aparılıb.
Ramallah və Əl-Bira valisi Leyla Qənim məhbusların qarşılanması zamanı mediaya açıqlamasında bildirib ki, məhbusların bəzilərində dəri xəstəlikləri var və buna görə də onlar müayinədən keçmək üçün xəstəxanalara yerləşdiriliblər.
Bəsti Rəfizadə