Gizli xəstəlik: 50-dən çox insan naməlum səbəbdən öldü

Gizli xəstəlik: 50-dən çox insan naməlum səbəbdən öldü
Kateqoriya məlum deyil
T

Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasında 50-dən çox insan naməlum xəstəlikdən ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Yanvarın 21-də başlayan epidemiyada 400-dən çox yoluxma halı aşkarlanıb. Xəstələrin 50-dən çoxu dünyasını dəyişib. Həkimlər ölümlərin xəstəliyə yoluxduqdan sonra 48 saat ərzində baş verdiyini qeyd olunub.

 

Epidemiyanın 3 uşağın yarasa yeməsi səbəbindən başladığı qeyd edilib. Xəstələrdən götürülən bütün nümunələrin Krım-Konqo hemorragik qızdırması üçün mənfi olduğu, lakin bəzi hallarda malyariya testlərinin müsbət çıxdığı bildirilib.

 

ÜST qeyd edib ki, son on ildə oxşar xəstəliklər Afrikada 60 faizdən çox artıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR