Logo

Zelenski ABŞ-yə gedəcək - SƏBƏB

Zelenski ABŞ-yə gedəcək - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ukraynanın nadir torpaq mineralları ilə bağlı saziş imzalamaq üçün ABŞ-yə gələ bilər.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp səsləndirib.

"Eşitmişəm ki, o (Zelenski – red.) cümə günü gələcək, əlbəttə ki, mənim üçün heç bir problem yoxdur. Baxın, biz o pulu geri almaq  üçün təminat istəyirik", - Tramp Ağ Evdə çıxışı zamanı vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, Zelenski onunla Ukraynanın nadir torpaq minerallarına dair müqavilə imzalamaq istəyir.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR