Jerar Depardyeyə qarşı cinayət işi açıldı

Jerar Depardyeyə qarşı cinayət işi açıldı
Kateqoriya məlum deyil
T

Rusiya vətəndaşı olan fransalı aktyor Jerar Depardyeyə qarşı Fransada iş açılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

 

Bildirilib ki, 76 yaşlı aktyor vergi fırıldaqçılığında ittiham olunur.

 

Qeyd edək ki, 2024-cü ildə Paris prokurorluğu cinsi təcavüzdə günahlandırılan aktyorla bağlı istintaqa başlayıb. Fransanın 50 mədəniyyət xadimi Depardyenin müdafiəsi üçün çıxış edib. Bu iş üzrə məhkəmə 2025-ci ilin martına təyin olunub.

 

Xatırladaq ki, J.Depardye 2013-cü ilin yanvar ayında Rusiya vətəndaşlığı alıb. Müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR