Podolyak: Rusiya müharibəni bitirmək istəmir

18:45 / 24.02.2025
11045
Rusiya müharibəni bitirmək istəmir.
Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin müşaviri Mixoylo Podolyak "X"də yazıb.
O bildirib ki, müharibə yalnız rəsmi Moskvaya təzyiqlə başa çata bilər: "Əks halda müharibə davam edəcək və daha da genişlənəcək".
Siyasətçi vurğulayıb ki, Ukraynanın müdafiə və təhlükəsizliyi ilə bağlı qərarlar tez, qətiyyətlə və uzun müzakirələr aparılmadan qəbul edilməlidir.
"Rusiya nümayişkaranə şəkildə beynəlxalq hüququ “öldürdü”. Lakin o, bərpa edilməli və yenidən qurulmalıdır", - M.Podolyak əlavə edib.
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin üçüncü ili tamam olur.