"Moskva Vaşinqtonla təmasları davam etdirəcək" - Lavrov

"Moskva Vaşinqtonla təmasları davam etdirəcək" - Lavrov
Kateqoriya məlum deyil
T

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ ilə təmasları davam etdirmək niyyətindədir.


Sfera.az xəbər verir ki, Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlardan sonra, Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqları barədə Türkiyə tərəfini məlumatlandırdığına aydınlıq gətirib. Nazirin sözlərinə görə, danışıqlar ziddiyyətlərə baxmayaraq, nəhayət, ABŞ-lə dialoq aparmaq imkanı baxımından müsbət olub.

 

"Biz amerikalı tərəfdaşlarımızla təmasları davam etdirəcəyik, bununla bağlı müvafiq razılaşma var", - Lavrov deyib.

 

Xatırladaq ki, Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.

 

Danışıqlarda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiya ilə ABŞ görüşünə reaksiyasını qeyri-sağlam adlandırıb. O qeyd edib ki, Qərb dövlətləri danışıqlar faktını öz maraqlarına xəyanət kimi qəbul ediblər.

 

İnci 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR