Almaniyada növbədənkənar seçkilər keçirildi - Hakimiyyət sağçılara qaldı

Almaniyada növbədənkənar seçkilər keçirildi - Hakimiyyət sağçılara qaldı

2025-ci ilin fevralın 23-də Almaniya parlamentinə növbədənkənar seçkilər keçirilib. 

 

Sfera.az xəbər verir ki, 52,9 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə seçici fəallığı 52 faiz olub. 

 

İlk nəticələrə görə Xristian Birlik Partiyaları CDU/CSU 630 yerlik parlamentdə 28,6 faizlə birinci olub. İfrat sağçı AfD (Almaniya üçün Alternativ) partiyası 20 faiz, əvvəlki hökumətin kansleri Olaf Şolzun partiyası olan SPD 16,5 faiz, Yaşıllar 12 faiz, Sol Partiya 9 faiz, BSW isə 5 faiz səs toplayıb. Azad Demokrat Partiyası (FDP) 5 faizlik baryeri keçərək parlamentə daxil ola bilib. 

Sosial Demokrat Partiyası tarixində ən pis nəticələrini əldə edib. İlk nəticələrə görə, CDU/CSU 630 yerlik parlamentdə 187, AfD 131, SPD 108, Yaşıllar 79, Sol Partiya 59, FDP 33 və BSW 33 yerə sahib olacaq. 

 

Seçkilərin nəticələri göstərir ki, hazırki Baş nazir Olaf Şoltsun yenidən bu posta seçilmə imkanı olmayacaq. Yeni hökumətin seçkilərdə birinci olan CDU/CSU lideri Fridrix Merz tərəfindən qurulacağı gözlənilir. Rəsmi nəticələrə görə, böyük koalisiya və ya CDU/CSU-nun başçılıq etdiyi üç partiyalı koalisiya mümkün ola bilər. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Gürcüstanda bu aviareyslər təxirə salındı

Gürcüstanda güclü qar və çovğun nəticəsində bu gün Batumi Beynəlxalq Hava Limanında 8 aviareys təxirə salınıb.   Sfera.az xəbər verir ki, hava limanı...

Zelenski hakimiyyətdən gedir? - Səs toplanmadı...

Ukrayna Ali Radası bazar ertəsi Prezident Volodimir Zelenskinin yeni prezident seçilənə qədər hakimiyyətini davam etdirməsini təsdiq edən qətnaməni qəbul edə bi...

Yollar buz bağlayacaq - DYP-dən xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsindən buz bağlamış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlıq edilib.   Sfera.az xəbər verir ki, bu gün günün b...

Bakı qarın sınağından çıxa bilirmi? - "Hazırlıq pisdir..."

Son günlər ölkə ərazisinə yağan güclü qar bir sıra yollarda avtomobillərin hərəkəti iflic edib. Bakının mərkəzi hissələrində qar təmizləmə işləri aparılsa da, Y...

24 fevraldan 10 marta qədər fəlakət olacaq - Zirəddindən PROQNOZ

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev təbii fəlakətlərlə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bu barədə öz Teleqram kana...

Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər ...