Ukraynaya 20 milyard avro yardım ayrıla bilər

Fevralın 24-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirliklərinin rəhbərləri Ukraynaya hərbi yardımın həcmi və Kiyev rejiminə dəstək üçün digər tədbirləri müzakirə etmək üçün Brüsseldə görüşəcəklər.
Sfera.az bildirir ki, bu barədə “New York Times” yazıb.
Nəşrin məlumatına görə, hərbi yardım paketinin məbləği 20 milyard avrodan çox ola bilər. Üstəlik, bu gün avropalı nazirlərin yeni anti-Rusiya sanksiyalar paketini təsdiqləməsi ehtimalı var.
Qeyd olunur ki, Aİ nazirləri Ukrayna ərazisində öz qoşunlarının yerləşdirilməsi və Avropa İttifaqı daxilində hərbi xərclərin artırılması imkanlarını da müzakirə edirlər. Buna ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyev rejimini öz hesabına maliyyələşdirməyə qarşı olan kursu səbəb olub.
Məlumatda o da bildirilib ki, avropalılar Trampın Ukrayna başçısı Volodimir Zelenski ilə bağlı ritorikasından təşvişə düşüblər.
İnci