Szijarto: "Macarıstan Ukraynaya yardım ayırmaq istəmir"

Dünya
11:21 / 24.02.2025
4112
Macarıstan hakimiyyəti Ukrayna tərəfinə silah tədarükü üçün on milyardlarla avro ayırmağa razı olmayacaq.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto bildirib .
Bundan əvvəl Polşanın RMF FM radiostansiyası ölkənin Avropa İttifaqından Ukraynaya yardım üçün nəzərdə tutulmuş vəsaiti oğurladığını bildirmişdi. Avropa Fırıldaqçılıqla Mübarizə Bürosunun (OLAF) məlumatına görə, Polşanın RARS şirkəti elektrik generatorlarının alınması və Ukraynaya çatdırılması üçün nəzərdə tutulmuş 91 milyon avro vəsaiti mənimsəyib.
OLAF hesab edir ki, qiymət artımı, rəqabətin olmaması və müəyyən podratçılara ədalətsiz üstünlüklər verilib.
İnci