Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir.

 

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.
 

Zelenski bildirib ki, münaqişənin tənzimlənməsində ABŞ-la yanaşı Avropa ölkələri də iştirak etməlidir.
 

“Mən Donald Trampla münaqişənin həllinə dair dialoq aparmaq istəyirəm”, - deyə Zelenski əlavə edib.


Ukrayna Prezidenti qeyd edib ki, fevralın 24-də Avropa İttifaqının rəhbərliyi, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen də daxil olmaqla 13 lider Kiyevə gələcək.
 

Zelenski ayrıca görüşdə tərəfdaşları ilə mümkün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir. Bu, Avropa ölkələrinin paytaxtlarından birində baş tuta bilər.


Prezidentin sözlərinə görə, sabahkı görüşdə qarşıdakı həftələr üçün strategiyanı müzakirə etməyi planlaşdırırlar. Zelenski, ilk növbədə, Avropadan olan tərəfdaş ölkələrin liderləri ilə görüşdə təhlükəsizlik zəmanətləri mövzusuna toxunacaq, lakin ABŞ-ın da iştirakı zəruridir.


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...