Rusiya ilə ABŞ arasında növbəti görüş keçiriləcək - TARİX AÇIQLANDI

Dünya
23:00 / 22.02.2025
15948
ABŞ və Rusiya arasında danışıqların növbəti mərhələsi fevralın 25-də baş tutacaq.
Sfera.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Bildirilib ki, tərəflər yenidən Ər-Riyada görüşəcək.
Ukrayna nümayəndələrinin görüşə dəvət ediləcəyi barədə Tramp heç bir açıqlama verməyib.
İlk görüşdən sonra ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, hər iki tərəfin ümumilikdə üç məqsədə nail olmaq barədə razılaşıb: Vaşinqton və Moskva şəhərlərindəki səfirliklərinin fəaliyyətini bərpa etmək, Ukrayna ilə bağlı sülh danışıqlarını dəstəkləmək üçün yüksək səviyyəli bir qrup yaratmaq, daha sıx əlaqələr və iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq.