Tələbə avtobusu aşdı, matəm elan edildi

Tələbə avtobusu aşdı, matəm elan edildi
Kateqoriya məlum deyil
T

Braziliyada avtobus və yük maşınının toqquşması nəticəsində 12 universitet tələbəsi ölüb, 19 nəfər yaralanıb.

 

Sfera.az xəbər verir ki, San-Paulu şəhərindən hərəkət edən avtobus Valdir Canevari şossesində yük maşını ilə toqquşub.

 

Yaralı tələbələr xəstəxanaya aparılarkən qəza ilə bağlı araşdırma başladılıb.

 

Qəzadan sonra tələbələrin təhsil aldığı Franka Universitetində 3 günlük matəm elan edilib.

Ülkər Abdurahmanlı

PAYLAŞ