"Zelenskinin təsir gücü yoxdur" - Trampdan sərt AÇIQLAMA

"Zelenskinin təsir gücü yoxdur" - Trampdan sərt AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Səudiyyə Ərəbistanında keçirilən müharibə ilə bağlı danışıqlara dəvət edilməməsinin səbəbini açıqlayıb. Tramp həmin danışıqlarda Zelenskinin iştirakının vacib olmadığını və onun müharibəni dayandırmaq üçün heç bir təsir gücünün olmadığını vurğulayıb.

 

Sfera.az-ın məlumatına görə, Tramp Səudiyyə Ərəbistanında baş tutan danışıqların məqsədinin müharibəni sona çatdırmaq olduğunu və bu prosesin davam edəcəyini qeyd edib. 

 

O, gələcəkdə Rusiya ilə razılığa gəlməyin mümkünlüyünü də ifadə edib.

 

"Zelenski üç ildir davam edən müharibəni dayandırmaq üçün heç nə edə bilməyib və bundan sonra da edə bilməyəcək",-ABŞ lideri vurğulayıb. 

 

Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR