Argentina Prezidenti İlon Maska mişar hədiyyə etdi

Argentina Prezidenti İlon Maska mişar hədiyyə etdi

Argentina prezidenti Xavyer Miley amerikalı iş adamı və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska qeyri-adi hədiyyə təqdim edib. Hədiyyə zəncirli mişar olub. Tədbir Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) baş tutub və video “PBS News”da nümayiş etdirilib.
 

Sfera.az bildirir ki, xəncirli mişar Argentina prezidentinin iqtisadi islahatlarının və onun şişmiş bürokratiyanı dağıtmaq ideyasının simvoludur. İlon Mask isə hazırda ABŞ-da dövlət iş yerlərini kütləvi şəkildə ixtisar edir.
 

“Make America Great Again” imzalı qara papağını taxan Mask konfransdakı çıxışına başlayarkən Miley səhnəyə çıxıb və milyarderə mişar verib.
 

"Bu zəncir bürokratiya ilə mübarizə üçündür!" – deyə Mask aləti başı üzərində yelləyərək uca səslə bildirib.
 

Elektrik mişarının üzərində Xavier Milinin "Viva la libertad, carajo" şüarı həkk olunub, bu sloqan ispan dilindən tərcümədə "Yaşasın azadlıq, lənətə gəlmiş" deməkdir.


Hədiyyədən sonra İlon Mask hətta “X sosial şəbəkəsindəki profil şəklini dəyişərək, zəncirli mişarla şəklini yerləşdirib.


Qeyd edək ki, zəncirli mişar Miley tərəfindən 2023-cü il seçki kampaniyası zamanı Argentinanın şişmiş bürokratiyasını dağıtmaq ideyasının simvolu kimi istifadə edilmişdir. Bu alət sonradan Argentina liderinin iqtisadi islahatlarının simvoluna çevrilib.
 

Məsələ ilə tanış olan mənbənin “Reuters”ə verdiyi məlumata görə, Mask ABŞ hökumətində kütləvi ixtisarlara görə məsuliyyət daşıyır, 6000-ə qədər Daxili Gəlir Xidməti işçisi fevralın 20-də ixtisarlar barədə bildiriş alıb.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...