FETÖ-yə qarşı əməliyyat keçirildi, 353 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Sfera.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
O bildirib ki, Adıyaman, Ankara, Aydın, Balıkesir, Bartın, Bilecik, Bursa, Diyarbakır, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Ordu, Rize, Tokat, Trabzon, Tunceli, Uşak ve Yozqar vilayətlərində keçirilən əməliyyat nəticəsində ümumilikdə 353 şübhəli saxlanılıb.
Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilib.
A.Yerlikaya qeyd edib ki, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizə davam edəcək.//Report






