Argentina prezidentindən İlon Maska maraqlı HƏDİYYƏ - FOTO

Argentina prezidentindən İlon Maska maraqlı HƏDİYYƏ - FOTO

Argentina Prezidenti Xavyer Miley ABŞ Hökumətin Səmərəliliyi Departamentinin ( DOGE ) rəhbəri İlon Maska mişar hədiyyə edib. 

 

Sfera.az xəbər verir ki, Mask bu aləti bürokratiyaya qarşı silah adlandırıb.

 

Maskın Mühafizəkar Siyasi Fəaliyyət Konfransında ( CPAC ) çıxışı zamanı Miley mişarla səhnəyə çıxaraq aləti Maska verib. Mask isə Mileyə təşəkkür edib və sonra aləti başının üstünə qaldırıb.

 

"Bu, bürokratiya üçün bir zəncirdir! Bir zəncirli mişar", - Mask aləti yelləyərək qışqırıb.

 

Qeyd edək ki, elektrikli mişar 2023-cü il dekabrın 10-da prezident kimi fəaliyyətə başlayan Mileyin seçki kampaniyasının əsas simvolu olub. Argentina rəhbəri dövlətin iqtisadiyyata minimal müdaxiləsinin tərəfdarıdır və ölkənin iqtisadi problemlərinin həllini xərclərin azaldılması ilə büdcə kəsirindən xilas olmaqda görür.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR