"Netflix" bu ölkəyə 1 milyard dollar sərmayə qoyacaq - SƏBƏB

"Netflix" bu ölkəyə 1 milyard dollar sərmayə qoyacaq - SƏBƏB

"Netflix növbəti dörd il ərzində serial və filmlər istehsalı üçün Meksikaya 1 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb".

 

Sfera.az xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.

 

"Bu investisiyalar və onlardan gələn məhsullar Meksika istehsal şirkətlərinə fayda verəcək və yerli audiovizual sənayenin böyüməsinə və ölkə daxilində imkanların yaradılmasına töhfə verəcək" ,- o qeyd edib.

 

"Netflix" həmçinin Meksikanın ən qədim və ən böyük istehsal müəssisələrindən biri olan Mexiko şəhərinin məşhur “Churubusco Studios”a imkanlarını bərpa etmək üçün 2 milyon dollar sərmayə qoyur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR