Hakan Fidandan Ukrayna üzrə danışıqlarla bağlı BƏYANAT

Hakan Fidandan Ukrayna üzrə danışıqlarla bağlı BƏYANAT

Cənubi Afrikada keçirilən G20 toplantısı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna üzrə danışıqları dəstəkləməyə hazır olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

 

Hakan Fidan hər iki tərəfin prosesdə iştirakını zəruri hesab edib.

 

Fidanın sözlərinə görə, Türkiyə hələ də Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

 

“Müharibənin hər iki tərəfini əhatə edən hərtərəfli sülh prosesinə başlamaq lazımdır. Türkiyə tərəflər arasında davamlı və dayanıqlı sülhə nail olmaq üçün danışıqlara hərtərəfli dəstək verməyə hazırdır”, - mənbə bildirib.

 

Fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib .

 

Bundan əvvəl Ərdoğan Krımın Ukraynaya qaytarılmasının vacibliyini bəyan etmişdi, çünki bu, beynəlxalq hüququn tələbidir.

 

O, həmçinin münaqişənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli və davamlı sülhlə başa çatacağına ümid etdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR