Qəzza zolağında 600 minə yaxın uşaq peyvənd ediləcək

Qəzza zolağında 600 minə yaxın uşaq peyvənd ediləcək
Kateqoriya məlum deyil
T

Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu poliomielit virusunun yayılması ilə əlaqədar Qəzza zolağında 600 minə yaxın uşağı peyvənd edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat verib.

 

Bildirilib ki, fevralın 22-dən 26-dək 10 yaşa qədər 591 mindən çox uşaq peyvənd olunacaq.

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qəzza zolağının müxtəlif bölgələrindən götürülmüş nümunələrin 88%-də virusun mövcudluğu müəyyən edilib. Buna səbəb  virusun dağılmış infrastruktur səbəbindən yaranan antisanitar şəraitdə sürətlə yayılmasıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR