ABŞ-nin vitse-prezidenti və Trampın köməkçisi Zelenskiyə xəbərdarlıq edib


ABŞ-nin vitse-prezidenti və Trampın köməkçisi Zelenskiyə xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin artan ritorikasına dözmək niyyətində deyil.

 

Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.

 

Onun sözlərinə görə, yardımın verilməsi müqabilində Vaşinqtonun faydalı qazıntılarından istifadəyə dair təklif etdiyi razılaşma ilə bağlı Ukrayna tərəfində təəccüblü müqavimət və ritorikanın artması müşahidə olunur:

 

“Biz inanırıq ki, Amerika vergi ödəyiciləri investisiyalarından daha çoxunu geri almağa layiqdirlər. Bu isə Ukraynaya imkan verir, onlar bunun əslində nə olduğunu başa düşməlidirlər. Ancaq bunun əvəzinə biz Prezident Trampın dözmək niyyətində olmadığı ritorika və müqavimətin artması alırıq”.

 

Eyni zamanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Volodimir Zelenskinin Donald Trampa qarşı hücumları arzulananın əksini yaradacaq: “O, indi ölkəsinin ümumiyyətlə mövcud olmasının yeganə səbəbinə açıq şəkildə hücum edir. Və bu hədsizdir. Bu, biabırçılıqdır və Amerika Birləşmiş Ştatlarının prezidentini yerindən tərpətməyəcək. Əslində bunun əks təsiri olacaq.

 

Zelenski çox pis tövsiyələr alır və kimdən aldığını da bilmirəm. O, artıq ABŞ-nin keçmiş prezidenti Co Bayden və Bayden administrasiyası ilə yox, Donald Tramp və Tramp administrasiyası ilə iş görür”. (Report)


OXŞAR XƏBƏRLƏR

"Rusiya ən böyük strateji nüvə silahı arsenalına malikdir" - Marko Rubio

“Rusiya qlobal nüvə dövlətidir və ABŞ onunla əlaqə saxlamalıdır”.   Sfera.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio jur...

Aysun qızının VİDEOSUNU paylaşdı

Müğənni Aysun İsmayılova qızı ilə bağlı paylaşım edib.    Sfera.az xəbər verir ki, o, instaqram hesabında qızı Sevginin videosunu izləyicil...

"Azərbaycan MDB+ regionunda ən yüksək likvidlik səviyyəsinə malik ölkədir" -“Fitch”

Azərbaycan MDB+ regionunda ən yüksək likvidlik səviyyələrindən birinə malikdir – 73 %, bu isə ölkənin güclü maliyyə sabitliyi ehtiyatına sa...

Gündə 6 fincan qəhvə içmək bu xəstəliklərin yaranmasına SƏBƏB OLUR

Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini...

Peskov: Rusiya NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməyib

Rusiya Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı NATO qoşunlarının Şərqi Avropadan çıxarılması tələbini irəli sürməyib.   Sfera....

Azərbaycan turizm sərgisində iştirak edəcək

Azərbaycan aprelin 23-25-də Almatı şəhərində keçiriləcək Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (“KİTF 2025”) iştirak edəcək.   Sfera.az...