Logo

Lirə yenə ucuzlaşacaq - İl sonuna kimi...

Lirə yenə ucuzlaşacaq - İl sonuna kimi...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Morgan Stanley” investisiya bankı 2025-ci ilin sonuna kimi bir dolların 41 lirəyə çatacağını proqnozlaşdırır.

Sfera.az xəbər verir ki, investisiya bankı lirənin 2026-cı ildə də ucuzlaşacağını və məzənnənin 44 lirəyə çatacağını təxmin edir. Proqnoza əsasən, dollar lirə qarşısında 2025-ci ildə 16-20 faiz, 2026-cı ildə 7-8 faiz yüksələcək.

Hazırda bir dollar 36,22 lirədir. Bir il əvvəl dolların məzənnəsi 30,6 lirə idi.

Xatırladaq ki, Türkiyədə son 5 ildə dolların məzənnəsi ümumilikdə 80%-dən çox artıb. Türk lirəsinin qiymətinin düşməsi, xüsusilə idxal edilən məhsulların qiymətlərinin yüksəlməsinə səbəb olub.

Türkiyənin illik inflyasiya səviyyəsi 2024-cü ilin sonunda 40%-ə çatıb ki, bu da məzənnə dəyişiklikləri ilə əlaqəli bir faktordur.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR