Paşinyan Münhenə getdi
![Paşinyan Münhenə getdi](https://sfera.az/photo/orginal/2025/02/13/1739472992_pasinyan.jpg)
Dünya
22:05 / 13.02.2025
3742
Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 13-16-da Almaniyanın Münhen şəhərində işgüzar səfərdə olacaq.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.
Konfrans çərçivəsində Nikol Paşinyanın xarici həmkarları ilə bir sıra görüşlər keçirəcəyi bildirilir.