Fransada bara qumbara atıldı: Yaralılar var
![Fransada bara qumbara atıldı: Yaralılar var](https://sfera.az/photo/orginal/2025/02/13/1739469679_ty.jpg)
Fransanın Qrenobl şəhərində 15 nəfər yaralanıb. Onlardan ən azı ikisinin vəziyyəti ağırdır. Naməlum kişi izdihamlı bara girərək qumbara atıb və gözdən itib.
Sfera.az bildirir ki, hadisə hələlik terror aktı hesab edilmir. Amma polis qeyd edib ki, qumbara atan şəxsin əlində Kalaşnikov avtomatı da olub.
Yerli prokuror Fransua Ture de Kursi hücumu “son dərəcə qəddarlıq aktı” kimi qiymətləndirib. O, müstəntiqlərin hələlik motivi müəyyən etmədiyini, lakin bunun terror aktı olduğuna inanmadığını deyib.
Onun sözlərinə görə, polis bunun yerli dəstələr arasında hesablaşma olub-olmadığını araşdırır. Qeyd edək ki, Qrenobl və onun ətrafı narkotik və siqaret alveri ilə bağlı bir sıra insidentlərin mərkəzidir.
Hakim Christophe Barre bildirib ki, hücum edən şəxs Kalaşnikov avtomatı gəzdirib, lakin ondan istifadə etməyib.
İnsident ötən gün axşam saatlarında şəhərin 1968-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etdiyi vaxt tikilmiş Olimpiya kəndi ərazisindəki barda baş verib.
Yerli türk dərnəyinin idarə etdiyi “Akşehir” barında baş verən partlayış nəticəsində bütün pəncərələr uçub. Ziyarətçilər qeyd ediblər ki, bar daha çox kişilər tərəfindən ziyarət edilir və həmişə insanlarla doludur.
Bələdiyyə sədrinin müavini Chloe Pantel jurnalistlərə bildirib ki, bar yerlilərin və bölgədən kənardan insanların toplaşdığı, xüsusən də futbol matçlarını izləmək üçün toplaşdıqları yerdir.
Yaralıların aparıldığı Qrenobl xəstəxanasının sözçüsü Le Dauphiné mətbuata müsahibəsində deyib: "Xəsarətlər adətən müharibə bölgəsində görülənlərlə uyğundur."
Aysel