Vardanyan PUA istehsal edəcək zavodun inşasını planlaşdırırdı


Vardanyan PUA istehsal edəcək zavodun inşasını planlaşdırırdı

Xəbər verildiyi kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

 

Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.

 

Bildirilib ki, Vardanyan Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.

 

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

 

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.


OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp ictimai məkandan yoxa çıxıb

54 yaşlı ABŞ-ın birinci xanımı Melaniya Tramp sonuncu dəfə yanvarın 24-də həyat yoldaşını Şimali Karolina və Kaliforniyada müşayiət edərkən ictimaiyyət qarşısın...

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb - SƏBƏB

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 mi...

“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır

“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır.   Sfera.az xəbər verir ki, bu barədə APA hök...

ABŞ-nin təyyarədaşıyan gəmisi Misir sahillərində qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Harry Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub.   Sfera.az xəbər verir k...

Tural Sadıqlı keçmiş həyat yoldaşını döyüb - ŞOK SƏS YAZISI

“Youtube”da “Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədova Tural Sadıqlı tərəfindən şiddətə məruz...

Türkiyədə avtobus aşıb, dörd nəfər ölüb, 24 yaralı var

Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.   Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.   Had...