Peskov: Putin və Tramp olduqca tez bir zamanda işgüzar görüş keçirməyə razılaşıblar


Peskov: Putin və Tramp olduqca tez bir zamanda işgüzar görüş keçirməyə razılaşıblar

ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Trampın təşkil etməyə razılaşdıqları Rusiya-ABŞ sammiti onların ABŞ və Rusiyaya mümkün səfərlərindən əvvəl baş tutacaq.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

 

"Onlar qarşılıqlı dəvətnamələr mübadiləsi aparıblar. Yəni indi prezident Trampın Rusiyaya səfər etmək üçün etibarlı dəvəti var. Rusiya prezidentinin isə Amerika Birləşmiş Ştatlarına səfər etmək üçün etibarlı dəvəti var. Başqa bir nüans da odur ki, onlar üçüncü ölkədə olduqca tez bir zamanda işgüzar görüş keçirməyə razılaşıblar", - Peskov bildirib.


OXŞAR XƏBƏRLƏR