Bu ölkə də "Rus Evi"ni bağlayır


Bu ölkə də "Rus Evi"ni bağlayır

Moldova hökuməti PUA hücumlarına cavab olaraq "Rus Evi"ni bağlayır.

 

Sfera.az APA-a istinadən xəbər verir ki, Moldova hakimiyyəti pilotsuz uçuş aparatları ilə ölkənin hava məkanının pozulmasına cavab olaraq ölkədə fəaliyyət göstərən "Rus Evi"nin fəaliyyətini dayandırır.

 

Moldova Rusiya ilə 1998-ci ildə imzalanmış Mədəniyyət Mərkəzlərinin Fəaliyyəti haqqında Razılaşmadan çıxdığını da bəyan edib.

 

Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib ki, "Rus Evi" də məhz ləğvetmə proseduru başa çatdıqdan sonra bağlanacaq.

 

Hadisə baş verən gün Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona qətiyyətli etiraz bildirilib və bu kimi təşəbbüslərin təhlükəsizliyə və Moldovanın vətəndaşlarına ciddi təhdid yaratdığı qeyd edilib:

 

"Eyni zamanda, rusiyalı diplomata bildirilib ki, analoji addımlar milli suverenliyin pozulması olmaqla, qeyri-dost xarakterli bir addımdır".

 

O da bildirilib ki, diplomata ölkənin ərazisində yerə düşən PUA-ların fraqmentləri əks olunan fotoşəkil nümayiş etdirilib.

 

Rəsmi Kişinyov növbəti dəfə Rusiya hakimiyyətini analoji addımlardan çəkinməyə, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

 

Qeyd edək ki, Bakıda yerləşən "Rus Evi"nin də fəaliyyəti dayandırılıb.


OXŞAR XƏBƏRLƏR

Paşinyan Münhenə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 13-16-da Almaniyanın Münhen şəhərində işgüzar səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Er...

Fransada bara qumbara atıldı: Yaralılar var

Fransanın Qrenobl şəhərində 15 nəfər yaralanıb. Onlardan ən azı ikisinin vəziyyəti ağırdır. Naməlum kişi izdihamlı bara girərək qumbara atıb və gözdən itib. &n...

DSMF pensiyalarla bağlı mühüm məlumat yaydı

Ötən ay Azərbaycanda sosial yardımlar üçün əhaliyə 744 milyon manat ödənilib.   Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏS...

"İlk dəfədir ki, "Sevgililər Günü"ndəmən ona gül aparacağam" -VİDEO

Bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı" proqramında Azərlə bağlı süjet hazı...

İşğal illərində Azərbaycanın təbiətinə vurulan maddi ziyan açıqlandı

1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbəl...

Vardanyan PUA istehsal edəcək zavodun inşasını planlaşdırırdı

Xəbər verildiyi kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini p...