Trampın qərarı "Coca-Cola"nı çətin vəziyyətə salıb: Çıxış yolu axtarılır
![Trampın qərarı "Coca-Cola"nı çətin vəziyyətə salıb: Çıxış yolu axtarılır](https://sfera.az/photo/orginal/2025/02/13/1739416600_20221204_212815-1024x651.jpg)
Dünya
07:13 / 13.02.2025
4970
ABŞ-nin "Coca-Cola" içki istehsalçısı Birləşmiş Ştatların Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər ucbatından alüminiumun bahalaşması halında içkinin plastik şüşələrdə buraxılmasının artırılması ehtimalının olduğunu bildirib
Sfera.az xəbər verir ki, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.
Onun sözlərinə görə, şirkət bankalar üçün alüminiumu Kanadadan idxal edir və buna görə də qiymət artımı problemini həll etməkdən ötrü yollar axtarmağa məcbur olacaq:
"Əgər alüminium bankalar bahalaşarsa, plastik şüşələrə daha çox diqqət yetirə bilərik".
Xatırladaq ki, D.Tramp bazar ertəsi xaricdən ölkəyə polad və alüminiumun idxalına 25 faiz həcmində gömrük rüsumu tətbiq etməyi tapşırıb. (Oxu.Az)