Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi

Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili "Togg" hədiyyə edib.

 

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan Çakartada Boqor Prezident Sarayında İndoneziya Prezidenti ilə görüşüb.

 

Məlumata görə, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası və birgə mətbuat konfransından sonra Türkiyə Prezidenti indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.

 

P.Subiantoya "Togg"un xüsusiyyətləri haqqında məlumat verən R.T.Ərdoğan "İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz",- deyib.

 

Mərasimdə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyinə sədr təyin edilən Elnur Bağırov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Elnur Şəmistan oğlu Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və...

Axtarışda olan yeddi nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş yeddi şəxs Azərbaycana ekstradisiya edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.  ...

Həlak olan azərbaycanlının nəşi vətənə gətirildi

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əmənov Hicran Dərya oğlunun nəşi Azərbaycana gətirilib. 1999-cu il təvəllüdlü mərhum Cəlilabad rayo...

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi h...

Prezident ona vəzifə verdi - SƏRƏNCAM

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib. &n...

Bakıda əməliyyat: saxlanılanlar arasında qadın da var - VİDEO

Polis Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib, 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb.   DİN-dən Sfera.az-a is...