Logo

Xalq artisti konsert zamanı ÖLDÜ - FOTO

Xalq artisti konsert zamanı ÖLDÜ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Alan" dövlət ansamblın orkestrinin rəhbəri, Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti Elza Datiyeva Osetiya qrupu ilə Çeçenistanın "Noxço" dövlət rəqs ansamblının birgə konserti zamanı dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə "Sapa 15" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Elza Datiyeva rəqs nömrəsi zamanı özünü pis hiss edib. Xalq artisti huşunu itirib və konsert yarımçıq qalıb. Həkimlər gəlsə də, onu xilas edə bilməyiblər. Yerli xəbər kanallarının məlumatına görə, Datiyeva xərçəng və ürək problemlərindən əziyyət çəkirmiş.

Sənətçinin vəfat etdiyini respublikanın mədəniyyət naziri Soslan Fidarov təsdiqləyib.Qeyd edək ki, həmin vaxt onun qızı da zalda olub. (Publika.az)

Xalq artisti konsert zamanı ÖLDÜ - FOTOXalq artisti konsert zamanı ÖLDÜ - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR