Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
Kateqoriya məlum deyil
Gəncədə evdə qaz balonu partlayıb.
Sfera.az-ın məlumatına görə, hadisə nəticəsində Gəncə şəhər sakini, 65 yaşlı E.Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisənin ehtiyatsızlıqdan qeydə alındığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.






