Paşinyan Makronla sülh prosesini müzakirə etdi


Paşinyan Makronla sülh prosesini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Makron Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Fransanın Ermənistanın inkişafı və sabitliyinə dəstəyini bir daha təsdiqləyib.

 

Paşinyan qeyd edib ki, 2024-cü il Ermənistan və Fransa arasında münasibətlərdə son dərəcə dinamik il olub. Onun sözlərinə görə, iki ölkənin rəhbərləri və müvafiq idarələr səviyyəsində çoxlu görüşlər keçirilib, müntəzəm təmaslar davam etdirilir və hazırda Ermənistanla Fransa arasında münasibətlər yeni səviyyəyə yüksəlib.

 

Onlar iqtisadiyyat, infrastruktur, yol tikintisi, enerji, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

 

Tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesinə, sərhədlərin demarkasiyası prosesinin inkişafı və “Sülhün kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların blokunun açılmasına toxunublar. Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini vurğulayıb. Regional əhəmiyyət kəsb edən bir sıra digər məsələlər də müzakirə olunub.

 

Qeyd edək ki, Paşinyan Parisdə iki günlük işgüzar səfərdədir və burada süni intellektlə bağlı sammitdə iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR

Somalidə terrorçular hərbi bazaya hücum etdi

"İslam Dövləti" (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib.   Sfera.az ...

Tramp rüşvətxorluqla bağlı qadağanı aradan qaldırdı

Prezident Donald Tramp ABŞ şirkətlərinin xaricdə rəqabət qabiliyyətini artırmaq məqsədilə xarici məmurlara rüşvət verilməsini qadağan edən Xarici Korrupsiya Təc...

Azərbaycanda bunu edənlər 300 manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan şəhərlərində və rayonlarında küçələrin zibillənməsi uzun illərdir, mövcud olan ekoloji və sosial problemlərdən biridir. Xüsusilə böyük şəhərlərl...

Polis müğənninin konsertinə müdaxilə etdi

Dünyaca məşhur ingilis müğənni Ed Şiranın  başına iş gəlib.   Sfera.az xəbər verir ki, sənətçi Banqalorda küçədə ifa edərkən polisin müdaxiləsin...

"Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq" - Bayraktar

Türkmənistana məxsus təbii qazın Türkiyəyə tədarükü bu il martın 1-də başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərv...

Heç bir dövlətə aid olmayan bölgə: Bir Tavilin tarixçəsi...

Dünyanın quru ərazisinin demək olar ki, hamısı dövlətlər arasında bölüşdürülsə də bəzi ərazilərin sahibi bəlli deyil. Sahibsiz olan torpaq sahələrindən ən böyüy...