Rusiyada islamı təbliğ edən gənc cərimələndi

Rusiyada islamı təbliğ edən gənc cərimələndi
Kateqoriya məlum deyil
T

Rusiyada islamı təbliğ edən şəxs cərimələnib. 

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Kursk şəhər məhkəməsi islamı təbliğ edən qəzeti yaydığına görə 27 yaşlı gənci cəzalandırıb. 

 

Məhkəmə sənədlərinə görə, 2024-cü ilin dekabrında 27 yaşlı gənc heç bir səlahiyyəti olmadan Kursk şəhərinin Lenin küçəsindəki yaşayış binasının ərazisində “AS-SALAM” müsəlman qəzetini yayaraq bununla İslam dinini təbliğ edib. 

 

Məhkəmə hesab edir ki, bununla gənc qeyri-qanuni missionerlik fəaliyyəti göstərib ki, bu da inzibati məsuliyyət yaradıb. 

 

Gənc bu hərəkətinə görə beş min rubl (88 manat) cərimələnib. 

 

Vasif

PAYLAŞ