Özbəkistanda magistral qaz kəmərində yanğın baş verdi

Özbəkistanda magistral qaz kəmərində yanğın baş verdi

Özbəkistanın Buxara vilayətində "Buxara-Ural" magistral qaz kəmərində yanğın baş verib.

 

Sfera.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, qəzanın aradan qaldırılması üçün tədbirlər görülür, ölən və xəsarət alan yoxdur.

 

"Buxara vilayəti ərazisindən keçən 1020 mm diametrli magistral kəmərdə qaz sızması və yanğın baş verib", - məlumatda bildirilib.

 

Mətbuat xidmətinin məlumatına görə, qəza kəmərin 106-cı kilometrliyində yeraltı hissədə baş verib.

 

"Vəziyyət nizamlanana qədər əhalinin və sosial obyektlərin təbii qazla fasiləsiz təchizatını təmin etmək məqsədilə respublikanın rayonlarında yanacaqdoldurma stansiyalarının işinə müvəqqəti məhdudiyyət qoyulacaq", - məlumatda qeyd olunub.

 

"Buxara-Ural" qaz kəməri Qazaxıstandan keçməklə Özbəkistandan Rusiyaya qədər uzanır, uzunluğu 4500 km-dən çoxdur. 1966-cı ildə istismara verilən kəmər Özbəkistanda istehlakçıları təbii qazla təmin etmək üçün istifadə olunur.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxs TUTULDU

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru ...

DİN kibertalama ilə bağlı vətəndaşlara müraciət etdi - VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, müraciət qeyd olunub:   "Də...

İlham Əliyev Bayden və Trampla əlaqələri belə müqayisə etdi

“Biz ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik”.   Sfera.az xəbər ...

Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...

Sabah Azərbaycanda Ramazan ayının 15-ci günüdür.   Sfera.az xəbər verir ki, imsak saat 05:26, iftar isə saat 19:02-yə təyin olunub.   İmsa...

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə İraqın Baş naziri M...

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...