Çində demoqrafik böhran: 20 faizlik azalma...

Çində demoqrafik böhran: 20 faizlik azalma...

Çində son 10 ildə evliliklərin sayında davamlı azalma müşahidə edilir. Bu azalma nəticəsində ötən il növbəti antirekord qeydə alınıb. 

 

Sfera.az xəbər verir ki, Çində nikahların sayı bir ildə 20 faiz azalaraq 6,1 milyona düşüb. 

 

Nikahların azalması demoqrafik böhran və doğumların kəskin azalması ilə mübarizə aparan hökumət üçün ciddi problem yaradır. Çində 2019-cu ilə qədər hər il 10 milyondan çox nikah qeydə alınırdı. 2019-cu ildə isə nikah sayı 10 milyondan aşağı düşüb. 

 

Nikahların sayının azalması doğulanların sayının azalmasına, bu isə öz növbəsində gənc insanların sayının azalmasına səbəb olur. 

 

İndi Çin hökumətini narahat edən əsas məsələ gənclərin, daha sonra isə əmək qabiliyyətli insanların sayının azalması nəticəsində dünyanın ikinci ən böyük iqtisadiyyatında böyümə sürətinin zəifləməsi təhlükəsidir. 

 

“Bloomberg”in araşdırmasına görə Çində evlilik yüksək xərclər, durğun iqtisadiyyat və ənənəvi nikahlara münasibətin dəyişməsi səbəbindən, xüsusən də gənclər arasında rəğbətini itirir. Ölkədə nikahlarən azalması ilə yanaşı boşanmaq istəyənlərin də sayında artım var. Ötən il təxminən 2,6 milyon insan boşanmaq üçün müraciət edib ki, bu da 2023-cü ildən 1,1% çoxdur. 

 

Nikahların azalmasına paralel olaraq boşanmaların sayının artması Çində ardıcıl üçüncü il əhali sayında azalmaya səbəb olub. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Hakan FidanVladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...

Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir.&quo...

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial...

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zaman...