Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var
![Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var](https://sfera.az/photo/orginal/2025/02/08/1739034385_126b12a0-1047-354e-8c57-a01953a822b2_850.jpeg)
Dünya
21:00 / 08.02.2025
2155
Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb.
Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Doğanşehir rayonunda qeydə alınıb.
Qəza nəticəsində səkkiz nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.