Ərdoğan və Makron telefonla danışdı - Nələri müzakirə etdilər?

Ərdoğan və Makron telefonla danışdı - Nələri müzakirə etdilər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, liderlər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

 

Ərdoğan ölkələr arasında müdafiə sənayesi başda olmaqla, bir çox sahə üzrə əməkdaşlıq potensialı olduğunu söyləyib. Türkiyə lideri həmçinin deyib ki, Avropa İttifaqının (Aİ) Suriyaya qarşı sanksiyaları aradan qaldırması tamamilə məqsədəuyğun addımdır.

 

O, HƏMAS ilə İsrail arasında atəşkəsin qorunmasının və davamlı həll yolunun təmin olunması üçün addımların atılmasına ehtiyac olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR