Uçuş zamanı təyyarə pilotsuz qalıb


Uçuş zamanı təyyarə pilotsuz qalıb

Mayamidən (ABŞ) Frankfurta (Almaniya) uçan “Lufthansa” şirkətinə məxsus Boeing 747-8 təyyarəsinin göyərtəsində fövqəladə hadisə baş verib: pilot uçuş zamanı huşunu itirib. Qeyd edək ki, Atlantik okeanı üzərindən uçuş adətən 8-9 saat çəkir, lakin bu dəfə təyyarə cəmi 5 saat 40 dəqiqədən sonra təcili geri qayıdıb.
 

Sfera.az bildirir ki, hadisə LH463 reysli təyyarədə baş verib. Təyyarə Mayami hava limanından təxminən 17:09-da (yerli vaxtla) havaya qalxıb. Bir anda özünü halsız hiss edən kapitan ekipajın istirahət zonasına gedib və qəfil huşunu itirib.
 

Ekipaj dərhal səfərbər olub. İkinci pilot əmri öz üzərinə götürüb və stüardessalar zərərçəkənə ilkin tibbi yardım göstəriblər.
 

Reysin istiqaməti dəyişdirilib. Təyyarə Kanadaya yönləndirilib. Pis hava şəraiti ilə əlaqədar ekipaj Monreal hava limanına (Kanada) uçmaq qərarına gəlib.
 

Hava hərəkətinə nəzarətin məlumatına görə, təyyarə enişdən əvvəl qəza siqnalı verib və yanacaq töküb.
 

"Eniş normal və təhlükəsiz olub, həmkarımıza tibbi yardım göstərilib. Lufthansa səyahətçilərə yaranan narahatlığa görə təəssüflənir. Sərnişinlərin və ekipajın təhlükəsizliyi bizim prioritetimizdir"- deyə aviaşirkətin sözçüsü əlavə təfərrüatları açıqlamayıb.


Sərnişinlər digər reyslərdə yenidən bronlaşdırılıb. Yaralı Lufthansa pilotunun vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

60 ildən sonra Suriya tarixində BİR İLK YAŞANACAQ

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa sentyabrda ABŞ-yə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu haqda “Suriya TV” məluma...

ŞAD XƏBƏR -Yeni metro stansiyası istifadəyə veriləcək

Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi...

I qrup üzrə yüksək keçid balı olan ixtisaslar açıqlandı -SİYAHI

Ötən həftə Dövlət İmtahan Mərkəzi (DİM) l və lV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirdi. Məlumata görə, bu il I ixtisas qrupuna 20 m...

Azərbaycanda nazir müavini İŞDƏN ÇIXARILDI -FOTO

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, bu ...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Mikayıl Cabbarov Məhəmməd Əbunəyyan ilə görüşdü

Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin...