Gürcüstan etiraz aksiyaları ilə bağlı cərimələri artırdı

Gürcüstan etiraz aksiyaları ilə bağlı cərimələri artırdı

Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılmasını nəzərdə tutan dəyişiklikləri birinci oxunuşda qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

 

Xüsusilə, dəyişikliklərə əsasən, təkcə "Yığıncaqlar və nümayişlər haqqında" qanunun pozulması maddəsi üzrə deyil, həm də etiraz aksiyalarında ən çox rast gəlinən pozuntulara görə cərimələr artırılır.

 

İctimai yerlərdə söyüş söymə, vətəndaşlara qarşı təhqiramiz münasibət və ictimai qaydanı pozan digər hərəkətlərə görə cərimənin məbləği 1000 larindən 3 min lariyə qədər artırılacaq. Bu əmələ görə inzibati həbs müddəti isə 15 gündən 20 günə qədər artırılacaq. Belə hərəkətin təkrar törədilməsinə görə cərimə iki dəfə artırılaraq 3-5 min lari təşkil edəcək, maksimal inzibati həbs müddəti isə 15 gündən 60 günə qədər artırılacaq.

 

Hüquq-mühafizə orqanları nümayəndələrinin tələblərinə tabe olmamağa görə cərimə 3 mindən 5 min lariyə qədər artırılacaq, bu əmələ görə maksimum inzibati həbs müddəti isə 15 gündən 60 günə qədər artırılacaq.

 

Yığıncaq və ya nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə cərimə iştirakçılar üçün dörd dəfə artırılaraq 500 laridən 2 min lariyə qədər olacaq, təşkilatçılar üçün isə 5 min lari məbləğində qalacaq.

 

Məhkəmə binasına girişin bloklanması və ya binada aksiya keçirilməsinə görə 5 min lari məbləğində cərimə və ya 60 günədək həbs tətbiq ediləcək.

 

Konstitusiya quruluşunun devrilməsinə və ya zorakı yolla dəyişdirilməsinə, nifaq salınmasına çağırışlara, qanunla qadağan edilmiş əşyalara görə cərimə iştirakçılar üçün 5 min lari, təşkilatçılar üçün isə 15 min lari təşkil edəcək.

 

 


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...