Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Gələcək Qəzza zolağının əsasını üçüncü ölkənin nəzarəti deyil, Fələstin dövləti təşkil etməlidir.

 

Sfera.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

 

Bundan əlavə, XİN Qəzzanın fələstinli əhalisinin zorla köçürülməsinə qarşı çıxıb.

 

“Fransa həm israillilər, həm də fələstinlilər üçün uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verə biləcək iki dövlət haqqında qərarın həyata keçirilməsini dəstəkləməyə davam edəcək", - bəyanatda qeyd olunub.