Azərbaycan və Monqolustan nəqliyyat sahəsində sazişlər imzalaya bilər

Azərbaycan və Monqolustan nəqliyyat sahəsində sazişlər imzalaya bilər

Monqolustan Azərbaycanla beynəlxalq avtomobil və hava nəqliyyatı ilə daşımalar haqqında sazişlər imzalamağı planlaşdırır.

 

Bu barədə Sfera.az Monqolustanın Avtomobil Nəqliyyatı Nazirliyinə istinadən xəbər verir.

 

Nazirliyin məlumatına görə, sazişlər bu il həyata keçiriləcək yüksək səviyyəli səfər çərçivəsində imzalana bilər.

 

Bu cür sənədlərin imzalanması məsələsi Monqolustanın nəqliyyat və avtomobil yolları naziri Borxuugiyn Delgersayxanın Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

 

Müzakirələr zamanı tərəflər Monqolustan və Azərbaycan arasında avtomobil daşımaları sahəsində əməkdaşlıq imkanlarını və əsas məqamları vurğulayıb, bu istiqamətdə dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.

 

"Nəqliyyat naziri B.Delgersayxan Monqolustan hökumətinin növbəti dörd il ərzində həyata keçirməyi planlaşdırdığı 14 meqalayihə barədə məlumat verib. O, iki ölkənin nəqliyyat və logistika sahəsində səmərəli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Bank kartından 5000 manat oğurlayan şəxs həbs edildi

Sabunçu rayonu ərazisində bir nəfərin bank kartından 5000 manat oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat ...

"Yalnız bu şərtlə Putinlə danışıqlara başlayaram" - Zelenski AÇIQLADI

Zelenski Putinlə danışıqlara bir şərtlə hazır olduğunu açıqlayıb.   Sfera.az xəbər verir ki, o, bunu Pirs Morqana müsahibəsində bildirib.   ...

Keçən il vətəndaşların bank kartlarından 22 milyon manatvəsait talanıb

Xarici kiber müdaxilələrlə keçən il 16 min 804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22 mln. 442 min 838) manatdan artıq vəsait talanıb...

Brüsseldə atışma baş verdi - Bir neçə metrostansiya bağlandı

Brüsseldə fevralın 5-də mərkəzi Klemonso stansiyasında baş verən atışmadan sonra bir neçə metro stansiyası bağlanıb.   Sfera.az xəbər verir ki, bu ba...

Xankəndi-Ağdam yolunda maşın aşdı - Xəsarət alanlar var

Ağdam rayonunda yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə işğaldan azad edilmiş ərazidə qeydə alınıb. Xankəndi-Ağdam yolu ilə hərəkətdə...

Apreldə Türkiyə Prezidenti və Yunanıstan Baş nazirinin görüşü ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiriakos Miçotakis Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində görüşə bilərlər.   ...