ABŞ qırıcıları Yaponiyada təcili eniş etdi - SƏBƏB
Dünya
10:09 / 05.02.2025
7711
ABŞ ordusuna məxsus iki “F-35” hərbi təyyarəsi Yaponiyanın Matsuyama hava limanında təcili eniş edib.
Sfera.az Yaponiya mediasına istinadən xəbər verir ki, buna səbəb yanacaq çatışmazlığı olub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bununla belə, qırıcıların təcili eniş etməsi səbəbindən “II Nippon Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi yerə enmək üçün 13 dəqiqə gözləməli olub.