Logo

Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə görüşdü -FOTO

Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə və Suriyanın birinci xanımları görüşüb.

Sfera.az-ın məlumatına görə, Ankarada səfərdə olan Suriya Prezidentinin həyat yoldaşı Lətifə Əl Durubi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan bir araya gəlib.

Əminə Ərdoğan bildirib ki, humanitar yardım, sosial həmrəylik, qadınların səlahiyyətlərinin artırılması və təhsilin rolu kimi bir çox mühüm məsələlərdən danışıblar.

"Xüsusilə, bütün dünyada müharibədən ən çox əziyyət çəkən qadınlar və uşaqlar üçün birlikdə atacağımız addımları müzakirə etdik.

Mən bəyan etdim ki, biz Suriyanın yenidən qurulması və yaralarının sağaldılması prosesində keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanındayıq.

İnanıram ki, sülh və sabitliyin hökm sürdüyü gələcək birgə səylərin nəticəsidir və ümid edirəm ki, bu yolda atılan hər bir addım region xalqları üçün əbədi ümid olacaqdır”, - o qeyd edib.

Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə görüşdü - FOTO

Modern.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR