İsveçdə məktəbə atışma: Ölənlər var
Dünya
23:00 / 04.02.2025
10332
İsveçin Örebro şəhərində bir məktəbə girən təcavüzkar təsadüfi atəş açmağa başlayıb. İlkin məlumata görə, hücum zamanı 5 nəfər yaralanıb, hücum edən şəxslə hadisə yerinə gələn polis arasında qarşıdurma baş verib. İsveç polisindən verilən son açıqlamada hücumda 10 nəfərin həyatını itirdiyi açıqlanıb.
Sfera.az xəbər verir ki, yerli İsveç mətbuatının məlumatına görə, İsveçin mərkəzi Örebro şəhərində bir məktəbə girən naməlum şəxs atəş açıb.
İsveç polisinin son açıqlamasına görə, hücumda 10 nəfər həyatını itirib.
Polis ictimaiyyəti Örebrodakı Västhaga bölgəsindən uzaq durmağa və ya evdə qalmağa çağırıb.
Məktəbin direktorlarından Mattias Molin bildirib ki, məktəb boşaldılıb və polis qrupları içəri keçmək üzrədir.