Logo

Yens Stoltenberq Norveçin yeni maliyyə naziri oldu

Yens Stoltenberq Norveçin yeni maliyyə naziri oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.

Bu barədə Sfera.az xarici KİV-ə istinadən xəbər verir.

Yeni Norveç kabinetinin tərkibini ölkənin Baş naziri Yonas Qar Styor açıqlayıb.

Y.Stoltenberqin özü də Norveçin yenilənmiş hökumətinə maliyyə naziri kimi daxil olduğunu təsdiqləyib.

"Qarşımızda duran çağırışları diqqətlə nəzərdən keçirdikdən sonra Baş nazir Styorun maliyyə naziri kimi işləmək təklifini qəbul etməyə qərar verdim", - o bildirib.

Y.Stoltenberq əlavə edib ki, əvvəllər razılaşdırılmış Münxen Təhlükəsizlik Konfransının sədri vəzifəsindən və digər öhdəliklərdən imtina etmir. Hökumətdəki iş dövrü başa çatdıqdan sonra onlara qayıdacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR