Logo

Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir

Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalidə səfərdədir.

Sfera.az xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin X hesabında məlumat verilib.

"Somalinin xarici işlər üzrə dövlət naziri Əli Ömər və ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Əli Mohamed bu gün Moqadişo beynəlxalq hava limanında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüblər", - məlumatda qeyd olunub.

Moqadişoya ikigünlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif rəsmilərlə görüşlər keçirəcək və iki ölkə üçün qarşılıqlı maraq doğuran çoxsaylı mövzuları müzakirə edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR