Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü


Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib.

 

Bu barədə Sfera.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

 

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

 

Rusiya XİN-in məlumatına görə, tədbir zamanı 2024-cü ildə MDB formatında əməkdaşlığın nəticələrinə yekun vurulub.

 

"2025-ci il - Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş il, nasizmə qarşı mübarizədə sülh və birlik ili üçün əsas vəzifələr müəyyən edilib. Xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin artırılması vurğulanıb", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirib

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürüblər və bununla bağl...

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışdı

Türkiyə - Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi A...

Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA

“Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulm...

Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroport...

AFFA-nın yeni baş katibi təyin olunan Cahangir Fərəcullayev kimdir? - DOSYE

AFFA-da yüksək vəzifəyə təyinat baş tutub.   Sfera.az xəbər verir ki, qurumun baş katibi vəzifəsinə Cahangir Fərəcullayev təyin olunub.  &nbs...

"Tosuncuk" kimi tanınan Mehmet Aydına 45 min il həbs cəzası verildi

Türkiyədə "Tosuncuk" ləqəbi ilə tanınan Mehmet Aydın və böyük qardaşı Fatih Aydının hər biri 45 min 376 il 6 ay həbs cəzasına məhkum ediliblər. &nb...