Logo

Qaçqın düşərgəsi bombardıman edildi-50 ölü

Qaçqın düşərgəsi bombardıman edildi-50 ölü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nigeriyanın şimal-şərq hissəsində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə "Boko Haram” terrorçularına qarşı əməliyyat zamanı səhvən qaçqın düşərgəsinə aviazərbə yetirib.

Ölkə.Az xəbər verir ki, bombardıman nəticəsində 50-dən çox insan ölüb, 120 nəfər isə yaralanıb. Dərhal hadisə yerinə həkim briqadaları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri göndərilib.

Ölənlər arasında "Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.

Qeyd edək ki, Nigeriyada "Boko Haram” terror təşkilatı ilə mübarizə aparmaq üçün koalisiya qüvvələri döyüşür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR