HƏMAS nümayəndələri Rusiyaya gedəcək

HƏMAS nümayəndələri Rusiyaya gedəcək

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti bu gün Moskvaya səfər edəcək.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə hərəkatın Siyasi Bürosunun rəhbərinin müavini Musa Abu Marzuk rəhbərlik edəcək.

 

HƏMAS nümayəndələrinin səfər zamanı Rusiya Xarici İşlər Nazirliyində danışıqlar aparması nəzərdə tutulub.

 

Mətbuata açıqlanan məlumatlara əsasən danışıqlar zamanı Qəzza zolağına humanitar yardımın göstərilməsi müzakirə ediləcək.

 

İnci


OXŞAR XƏBƏRLƏR