Həmin yanğından sonra yoxlamalar gedir- 95 hotel bağlandı

Həmin yanğından sonra yoxlamalar gedir- 95 hotel bağlandı
Kateqoriya məlum deyil
T

Türkiyənin Muğla şəhərində 95 hotel qanun pozuntularına görə bağlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

 

Məlumata görə, 503 mehmanxana və yerləşdirmə obyektinə baxış keçirilib, onlardan 95-i qanun pozuntularına görə bağlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər möhürlənib, 392-si fəaliyyətini davam etdirib.

 

Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılır.

 

Xatırladaq ki, yanvarın 21-də “Grand Kartal” hotelində baş verən yanğında 78 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR