Logo

İsrail Qəzzada avtomobili PUA ilə vurdu

İsrail Qəzzada avtomobili PUA ilə vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail ordusuna məxsus PUA Qəzzanın cənubundakı Xan Yunisin şərqində Abasan qəsəbəsində bir qrup fələstinlini atəşə tutub.

Sfera.az xəbər verir ki, bu barədə “Qüds” portalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində azı iki nəfər yaralanıb.

İsrail ordusundan verilən açıqlamada isə bildirilib ki, zərbəyə məruz qalan nəqliyyat vasitəsi Qəzzanın şimalına doğru gedirdi və məcburi yoxlama prosedurlarından keçməyib.

Qeyd edək ki, Qəzzada yanvarın 19-da atəşkəs elan edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR